Fransa ilə oyunda məşhurlaşan azarkeşə pulsuz bilet verildi - Foto

fransa-ile-oyunda-meshurlasan-azarkese-pulsuz-bilet-verildi
Oxunma sayı: 2493

Avro-2020-nin 1/8 finalında Fransa ilə matçda məşhurlaşan isveçrəli azarkeş Luka Loutenbaxa “Swiss air” və İsveçrə Turizm Agentliyi Rusiyaya səyahət üçün pulsuz bilet verib.

“Qafqazinfo”nun məlumatına görə, o, komandasının bu gün İspaniyaya qarşı oyununu izləmək üçün Sankt-Peterburqa yollanacaq.

Qeyd edək ki, Luka Loutenbax Fransa ilə matçda İsveçrə yığması hesabda geri olduğu üçün ağlasa da, komandasının 2 dəqiqə sonra vurduğu qola görə sevincindən köynəyini cırmışdı. Məhz bundan sonra azarkeş bütün dünyanın diqqət mərkəzinə düşmüşdü.