Fransa – İslandiya oyunundan öncə bomba partladı

fransa-islandiya-oyunundan-once-bomba-partladi
Oxunma sayı: 1271

Avropa Çempionatının ¼ final mərhələsində baş tutan Fransa – İslandiya oyunundan öncə azarkeşlər qorxulu anlar yaşayıb.

Qafqazinfo” “foxsports.com.au”-a istinadən xəbər verir ki, qarşılaşmadan öncə stadionun ətrafında partlayış səsləri eşidilib.

Bundan təşvişə düşən azarkeşləri polislər sakitləşdirib. Məlum olub ki, polis qanunsuz olaraq park edilən bir maşını bomba vasitəsilə partladıb.