Fransa İsrailə NOTA verdi

fransa-israile-nota-verdi
Oxunma sayı: 4469

Fransa Xarici İşlər Nazirliyi İsrail səfirini Livanda sülhməramlılara qarşı hücumlara görə XİN-ə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fransa XİN bəyanat yayıb. 

“Bu hücumlar beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və dərhal dayandırılmalıdır. Fransa Xarici İşlər Nazirliyi buna görə İsrail səfirini çağırıb”, - bəyanatda deyilir.