Fransa İtaliyadakı səfirini geri çağırdı

fransa-italiyadaki-sefirini-geri-cagirdi
Oxunma sayı: 813

Fransanın İtaliyadakı səfiri Kristian Masseti məsləhətləşmələr aparmaq üçün  geri çağırılıb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, buna səbəb kimi İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Luici Di Mayonun “sarı jiletlilər”in liderləri ilə görüşməsi göstərilir. 

Həmin görüşdən sonra Fransa İtaliyaya ölkənin daxili işlərinə qarışmamaq barədə xəbərdarlıq etmişdi. 

“Bu, yeni təhrik üsuludur. Avropa Birliyinin tərkibində ortaq olan iki qonşu arasında belə hal qəbuledilməzdir”, - deyə Fransa XİN-dən bildirilib.