“Fransa Kişinyovda Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə danışıqlar aparılacağına ümid edir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransanın XİN rəhbəri Katrin Kolonna deyib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesini genişləndirmək zəruridir: “Ümid edirik ki, Kişinyovda ötən ilin oktyabrında Praqada baş tutan görüş kimi yüksək səviyyədə dialoq həyata keçirmək mümkün olacaq”.
Qeyd edək ki, bu il iyunun 1-i Moldovanın paytaxtı Kişinyovda “Avropa siyasi birliyi”nin iclasının keçirilməsi planlaşdırılır. Sözügedən iclasda 47 ölkə lideri iştirak edəcək. Ermənistan tərəfi iclasda iştirakı ilə bağlı rəsmi məlumat açıqlamayıb.
Son xəbərlər
Son Xəbərlər