Fransa Konstitusiya Məhkəməsi 1915-ci il “erməni soyqırımı”nı əhatə edən “bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.
“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən mövcud qanunların fonunda nifrətin daha da alovlandırılmasının lazımlı olmadığı vurğulanıb.
“Qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda, qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı ifadələrin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir", - deyə Konstitusiya Məhkəməsinin qərarda bildirilib.
Xatırladaq ki, qanuna əsasən uydurma “erməni soyqırımı”nın inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən qanun 2011-ci ilin dekabrın 22-də qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər