Fransa meşə yanğınları ilə mübarizə aparır

fransa-mese-yanginlari-ile-mubarize-aparir
Oxunma sayı: 926

Fransanın cənub-qərbində iyun ayından etibarən davam edən meşə yanğınları nəticəsində 1700 hektardan çox ərazi yanıb.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, yanğını nəzarət altına almaq üçün əraziyə 6 təyyarə və 600-ə yaxın yanğınsöndürən cəlb olunub.

Baş verən yanğınlar səbəbindən minlərlə turist təxliyə edilib.

Bildirilir ki, Fransa hazırda digər Avropa ölkələri kimi artıq ikinci yüksək temperatur dalğasından əziyyət çəkir.

Nəzrin Cavadzadə