Fransa mətbuatı Messini tənqid etdi

fransa-metbuati-messini-tenqid-etdi
Oxunma sayı: 2673

Fransanın “Le Parisien” nəşri PSJ-nin futbolçusu Lionel Messini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, nəşr argentinalı hücumçunun artıq oyuna təsir etmədiyini qeyd edib:

“Messi üçün Parisdə qalmaq çətin olacaq. O, solur. Başını aşağıya endirib, meydanın ətrafında gəzir və artıq oyuna təsir etmir”.

Messi PSJ ilə 3 oyuna çıxıb və fərqlənə bilməyib.