Fransanın “Airbus” şirkəti “EgyptAir”aviaşirkətinə məxsus təyyarənin qəzaya uğrama səbəblərinin araşdırılmasında Misir hökumətinə kömək edəcək.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Airbus” şirkətinin nümayəndəsi Ştefan Şafrat bildirib.
“Biz Qahirəyə ən güclü texniki ekspertlərimizdən birini göndərmişik. O, hökumətə təyyarənin tapılmış hissələrində araşdırma aparmağa, eləcə də “qara qutu”nun açılmasında köməklik göstərəcək”, - deyə şirkət nümayəndəsi söyləyib.
Qeyd edək ki, mayın 19-da Misir Hava Yollarına məxsus A320 sərnişin təyyarəsi Paris-Qahirə uçuşunu həyata keçirən zaman qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşları var.
Misir Aviasiya Nazirliyindən bildirilib ki, təyyarə Aralıq dənizinə düşüb və böyük ehtimalla hissələrə bölünüb.
Son xəbərlər
Son Xəbərlər