Fransa nümayəndəsi qapı dalında qaldı

fransa-numayendesi-qapi-dalinda-qaldi
Oxunma sayı: 663

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Türkiyə Fransanın 1915-1916-cı illəri əhatə edən Dardanel hərbi əməliyyatlarına (Çanakkala döyüşü) həsr olunan illik tədbirlərdə iştirakdan imtina edib. En-Ti-Vİ telekanalı bildirib ki, bu fransız diplomatları tərəfindən ciddi diplomatik demarş kimi qəbul olunub.

Bir gün əvvəl Türkiyə baş nazirinin ofisində əlamətdar günlərin keçirilməsi ilə bağlı təşkilati məsələlərin həll edildiyi toplantı keçirilib. Toplantıda keçən əsrin əvvəllərində Türkiyə boğazlarındakı hərbi əməliyyatlarda iştirak edən ölkələrin hərbi attaşeləri də iştirak ediblər. Telekanalın məlumatına əsasən, Fransa səfirliyinin hərbi attaşesi rəsmi olaraq baş nazirin ofisinə dəvət edilməmişdi. Buna baxmayaraq, tabeçiliyində olanlardan birinin müşayiəti ilə o, “adi görüşlərdən biri olduğunu düşünərək” tədbirə gəlib. Lakin Fransa nümayəndəsi müzakirələrdə iştirak edə bilməyib. Nazirliyin aparat işçiləri attaşedən Fransanın dəvət olunmadığını bildirərək binanı tərk etməyi xahiş ediblər.

Mənbənin məlumatına görə, bu hadisə Fransa Senatında soyqırımla bağlı qəbul edilən qanun layihəsi ilə əlaqədar rəsmi Ankara tərəfindən qoyulan bir diplomatik embarqonun təzahürüdür.

Səidə