Fransa parlamenti koronavirusla bağlı komissiyanı ləğv etdi

fransa-parlamenti-koronavirusla-bagli-komissiyani-legv-etdi
Oxunma sayı: 1093

Fransada koronavirus pandemiyasının yol açdığı problemlərin həlli üçün yaradılan komissiya ləğv olunub.

“Qafqazinfo” xəbər verir ki, komissiya iqtidar partiyası “Cümhuriyyət Yürüşü” tərəfindən Milli Məclisdə ötən il martın 17-də təşkil edilmişdi.

Müxalifət partiyaları qərara sərt reaksiya göstəriblər.

Onlar bildiriblər ki, bu məsuliyyətsizlikdir və pandemiya ilə əlaqədar qərarlar üzərində nəzarətin təmin edilə bilməməsi mənasına gəlir.