Fransa prezidentliyinə namizəd haker hücumuna məruz qalıb

fransa-prezidentliyine-namized-haker-hucumuna-meruz-qalib
Oxunma sayı: 727

“Wikileaks” təşkilatı Fransa prezidentliyinə namizəd Emmanuel Makronun haker hücumuna məruz qaldığını bildirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Wikileaks” tvitter hesabında yazıb.

Məlumata görə, hücum nəticəsində hakerlər yüzminlərlə elektron məktub, foto və əlavələrin daxil olduğu təxminən doqquz qiqabaytlıq material ələ keçiriblər.

“Wikileaks” həmçinin qeyd edir ki, məlumatların sızması çox gec baş verdiyindən seçkilərə təsir edə bilməyəcək.

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçirilib. Dövlət başçısı vəzifəsinə 11 namizədin iştirak etdiyi birinci turun nəticələrinə əsasən "İrəli" hərəkatının lideri Emmanuel Makron qalib gəlib. Seçkilərin ikinci turu isə mayın 7-də keçiriləcək.