Fransa Qaşıqçı cinayətinə görə səhv adamı tutubmuş

fransa-qasiqci-cinayetine-gore-sehv-adami-tutubmus
Oxunma sayı: 1513

Dünən Fransada jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən birinin tutulduğu açıqlanmışdı.

“Qafqazinfo” xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı həmin şəxsin Ər-Riyadda həbsdə olduğunu bildirib.

Səudiyyə Ərəbistanının Fransadakı səfirliyi həmin şəxsin həbsxanada olduğunu və bu hadisənin ad oxşarlığına görə baş verdiyini açıqlayıb.

Xatırladaq ki, Səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlində şübhəli Xalid əl-Uteybinin Parisdəki Şarl de Qoll hava limanında saxlanıldığı bildirilmişdi.

Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə İstanbulda qətlə yetirilib. Onun öldürülməsi ilə bağlı bir sıra iddialar səslənir.

Həmçinin oxuyun: Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri tutuldu