"Qafqazinfo" xəbər verir ki, Frank Riberi və Samir Nəsri kimi ulduz futbolçularını Braziliyadakı mundiala gətirməyən Fransa, bununla belə turnirin favoritləri sırasında yer alırlar. Honduras da Kosta Rika kimi çempionatın ən zəifləri kimi qələmə verilsə də, onlardan da sürpriz gözləməyə dəyər. Komandaların start heyətləri belədir:
Fransa: Lyoris, Debüşi, Evra, Sako, Varan, Matyuidi, Valbuena, Kabay, Poqba, Qrizmann, Benzema.
Honduras: Valyadares, Fiqeroa, İsaqirre, Bernardes, Bekeles, Palasios, Espinosa, Qarrido, Naxar, Kostli, Benqtson.
***
45-ci dəqiqədə Kərim Benzema Fransanın ilk qolunu vurdu. 1-0
***
İkinci hissə başlar başlamaz Benzema yenə diqqət mərkəzinə düşüb. İlk dəfə qol xətti texnologiyası bu qol epizodunda özünü göstərdi. Yeni texnologiyayanın verdiyi siqnala əsasən, top qapı xəttini keçib və qol dəyərini qazanıb. Benzema zərbəni vuran futbolçu olsa da, Honduras millisinin qapıçısı Valladares avtoqol sayəsində komandasını hesabda geri salıb 2-0
***
72-ci dəqiqədə bu matçın ulduzu Kərim Benzema özünün ikinci, komandasının 3-cü qolunu vurdu.
***
Honduras üzərində 3-0 hesablı qələbə qazanan Fransa çempionatda ilk qalibiyyətini əldə edib.
İqbal
Son xəbərlər
Son Xəbərlər