Fransa ruslara tarixi Vinsen qəsrini qadağan etdi

fransa-ruslara-tarixi-vinsen-qesrini-qadagan-etdi
Oxunma sayı: 1186

Fransa Rusiya vətəndaşları üçün yeni qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə paytaxt Parisdə Rusiya vətəndaşlarının Vinsen qəsrini ziyarət etmələrinin qadağan edildiyi açıqlanıb.

Belə ki, iyulun 28-də 2 rus qadının Vinsen qəsrinə girməsinə icazə verilmədiyi öyrənilib. 5 aydır Fransada olan 31 yaşlı rusiyalı qadın qalanın girişində mühafizəçinin ona “Rus olduğu üçün” qalaya girə bilməyəcəyini dediyini bildirib.

Qeyd edək ki, Fransada 73 500 rusiyalı mühacir yaşayır.