Fransa səfiri Ağdamda - Fotolar

fransa-sefiri-agdamda
Oxunma sayı: 2271

Fransanın ölkəmizdəki səfiri Zakari Qross Ağdama gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov özünün Tviter hesabında paylaşım edib.

“Bu gün Fransanın ölkəmizdəki səfiri Zakari Qrossun başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib”, - paylaşımda deyilir.