Fransa səfiri Pakistan XİN-ə çağırıldı

fransa-sefiri-pakistan-xin-e-cagirildi
Oxunma sayı: 5923

Fransanın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan XİN-in Mətbuat xidməti məlumat yayıb.

Nazirliyin sözçüsünün məlumatına görə, Pakistan söz azadlığı bəhanəsi ilə Fransanın apardığı İslamofobiya kampaniyasını qınadığını bildirib. Bununla yanaşı Prezident Emmanuel Makronun İslam əleyhinə açıqlamaları ilə əlaqədar Fransaya etiraz notası göndərildiyi qeyd olunub.

Pakistan Xarici İşlər Naziri Şah Mahmud Qureşi BMT-ni Parisin hərəkətlərini nəzərə almağa çağırıb.

“Malronun məsuliyyətsiz açıqlamaları radikalizmin və məzhəb davasının alovunu artırır.  Heç kimin milyonlarla müsəlmanın hissləri üzərində oynamaq hüququ yoxdur”, - deyə Qureşi qeyd edib.