Fransa səfirliyindən Leyla Yunus haqda açıqlama

fransa-sefirliyinden-leyla-yunus-haqda-aciqlama
Oxunma sayı: 5872



Mətbuat katibi vizanın növünə aydınlıq gətirməkdən imtina edib, eyni zamanda vizanın hansı prosedurlarla verildiyini açıqlamayıb.

Cəmilə Axundova aprelin 28-də Fransa səfirliyi əməkdaşlarının Leyla Yunusla Arif Yunusu xaricə yola salmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna getdiyini də təsdiqləyib: “Amma bunun səbəbləri haqda məlumatım yoxdur”.

Leyla və Arif Yunus aprelin 28-də axşamdan xeyli keçmiş Bakı hava limanında, Qətərin paytaxtı Dohaya gedərkən saxlanıblar. Onların ölkədən çıxmasına icazə verilməyib.

Aprelin 29-da Leyla Yunus hazırda həbsdə olan, dövlətə xəyanətdə şübhəli bilinən jurnalist Rauf Mirqədirovun işi üzrə Baş Prokurorluğun ağır cinayətləri araşdıran istintaq idarəsində dindirilib.