Fransa Senatı koronavirus ilə əlaqədar səhiyyə sahəsində fövqəladə vəziyyət rejiminin 10 iyul tarixinə qədər uzadılmasına dair qanun layihəsini təsdiqləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatası (Senat ) açıqlama yayıb: “5 may 2020-ci il Senat fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qanun layihəsinin lehinə 240 səs və 25 əleyhinə səs verərək dəyişikliyi qəbul edib”.
80 senatorun isə səsvermədə bitərəf qaldığı qeyd olunub.
Qanun layihəsi mayın 6-sı və 7-si Fransa Parlamentinin aşağı palatasında (Milli Məclis) müzakirə olunacaq.
Son xəbərlər
Son Xəbərlər