Fransa Ukrayna əsgərlərinə Polşada təlim keçəcək

fransa-ukrayna-esgerlerine-polsada-telim-kececek
Oxunma sayı: 1467

Fransa Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstək missiyası çərçivəsində Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 150 təlimçi göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yasina tviter hesabında yazıb.

O, paylaşımında xatırladıb ki, Aİ 2022-ci ilin oktyabrında üzv dövlətlərdəki mərkəzlərdə 15 min əsgərə təlim keçmək məqsədi ilə Ukraynaya Hərbi Yardım Missiyasını yaradıb.

Yasina sözügedən missiya çərçivəsində iki əməliyyat komandanlığından birinin Polşada, digərinin isə Almaniyada olduğunu deyib.