Fransanın Ukraynadakı səfirliyi Rusiyanın hücumundan sonra martın əvvəlində köçürüldüyü Lvov şəhərindən paytaxt Kiyevə qayıdacaq.
“Qafqazinfo” “Guardian”a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı zamanı bildirib.
“Bu yerdəyişmə çox tezliklə baş verəcək və Fransaya Rusiyanın fevralın 24-də başlatdığı müharibə ilə üzləşmək üçün bütün sahələrdə Ukraynaya dəstəyini daha da dərinləşdirməyə imkan verəcək”, - XİN-in bəyanatında deyilir.
Son xəbərlər
Son Xəbərlər