Avropa çempionatının final matçının baş hakimi açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, UEFA qarşılaşmanı ingilis ədalət təmsilçisinə tapşırıb.
Belə ki, Portuqaliya və Fransa arasında keçiriləcək görüşü Mark Klattenburq idarə edəcək. Portuqaliyanın yarımfinalda Uelsi udmasından sonra turnirdə Böyük Britaniya təmsilçisi qalmayıb. Bu isə finala ingilis hakimin təyinatına imkan verir.
Qeyd edək ki, Mark Klattenburq Avropa çempionatının qrup mərhələsində Çexiya - Xorvatiya və Belçika - İtaliya, 1/8 finalında İsveç - Polşa matçlarını idarə edib.
Son xəbərlər
Son Xəbərlər