Suriyada İŞİD terror təşkilatı tərəfində döyüşən 130 terrorçu vətəndaşı olduqları Fransaya aparılacaqlar.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların Fransada hakim qarşısına çıxarılacağı bildirilir.
Fransalı rəsmilər ABŞ-ın Suriyadan çıxmasından sonra həmin terrorçuların izlərinin itirilməsindən ehtiyat etdiklərini dilə gətiriblər.
Qeyd edək ki, Suriyada 700-ə yaxın fransız terrorçunun olduğu ehtimal edilir.
Son xəbərlər
Son Xəbərlər