Fransa XİN rəhbəri İrana səfər edəcək

fransa-xin-rehberi-irana-sefer-edecek
Oxunma sayı: 772

Fransanın xarici işlər naziri Jan-Mark Eyronun İrana səfər edəcəyi vaxt dəqiqləşib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nazirin Tehran səfəri 30-31 yanvar tarixlərində baş tutacaq.

XİN rəhbəri Eyro səfər zamanı İran prezidenti Həsən Ruhani və iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

Tərəflər görüş zamanı regional problemlər və 2015-ci ilin nüvə sövdələşməsini müzakirə edəcəklər.