Fransa yenidən karantini sərtləşdirir

fransa-yeniden-karantini-sertlesdirir
Oxunma sayı: 1600

Fransada yeni növ koronavirusa yoluxma sayında artıma görə, oktyabrın 30-dan etibarən ölkə daxilində karantin qaydaları yenidən sərtləşdiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu baradə Fransa prezidenti Emmanuel Makron Yelisey sarayından ictimaiyyətə müraciət edərək, COVİD-19-a qarşı həyata keçirdiyi tədbirləri elan edərkən deyib.

Oktyabrın 30-dan dekabrın 1-dək bütün ölkə ərazisində küçəyə çıxmaq məhdudlaşdırılacaq. Bundan başqa, məktəblər istisna olmaqla, universitetlər, barlar, restoranlar fəaliyyətini müvəqqəti dayandıracaq.

Qeyd edək ki, Fransanın 54 bölgəsində saat 21.00-dan 06.00-dək komendant saatı tətbiq olunur.