Fransa yığmasındakı karyerasını başa vurdu

fransa-yigmasindaki-karyerasini-basa-vurdu
Oxunma sayı: 2137

Fransa yığmasının forvardı Olivye Jiru milli komandadakı karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib. 

O, ötən gecə AÇ-2024-ün yarımfinalında İspaniyaya 1:2 uduzduqları görüşdə sonuncu dəfə meydana çıxdığını açıqlayıb. 

Qeyd edək ki, Olivye Jiru milli komandada 137 oyun keçirib və 57 qol vurub.