2015-ci ilin noyabrında Fransada törədilən terror aktından sonra elan edilən fövqəladə vəziyyət rejimi bu il 1 noyabrda bitə bilər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduard Filip məlumat verib.
Filip bu gün Parisdə avtomobil hərbiçilərin üzərinə sürərək 6 nəfəri yaralayan şəxsi saxlayan polislərlə görüşdükdən sonra açıqlama verib.
O bildirib ki, fövqəladə vəziyyət rejimindən çıxdıqdan sonra Fransanın təhlükəsizliyini təmin etmək üçün qanun layihələri hazırlanacaq.
Baş nazir terror təhlükəsinin davam etdiyini və hüquq-mühafizə orqanlarının daim diqqətli olmalarının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi sabiq prezident Fransua Ollandın təşəbbüsü ilə Parisdəki terror aktlarından sonra tətbiq edilib və bir neçə dəfə uzadılıb.
Son xəbərlər
Son Xəbərlər