Fransada 200 milyonluq villa aldı - Video

fransada-200-milyonluq-villa-aldi
Oxunma sayı: 3214

Ukraynanın ən varlı insanı, oliqarx Rinat Axmetov Fransada 200 milyon avro dəyərində “Les Cedres” villasını alıb. Malikanə daha əvvəl Belçika kralı II Leopolda məxsus olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Strana.ua” “Financial Times”a istinadən xəbər verib.

Malikanə 1870-ci ildə tikilib. O, Aralıq dənizinin sahilində Sen-Jan-Kap-Ferra kommunasında yerləşir.

1672 kv.m-lik evdə 14 yataq otağı var. Villa 14 hektarlıq ərazi ilə əhatə olunub.