Fransa polisi “Sarı jiletlilər”in aksiyası zamanı daha 100 nəfəri saxlayıb.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyalarda ümumilikdə 32 min insan iştirak edib.
Xatırladaq ki, Fransada kütləvi etirazlar ötən il noyabrın 17-də yanacaq vergilərini və benzinin qiymətini qaldırmamaq tələbi ilə başlayıb.
***
“TASS” xəbər verir ki, “Sarı jiletlilər”in yanvarın 12-də Fransada keçirilən növbəti etiraz aksiyalarının gedişində saxlanılanların sayı 240 nəfərə çatıb.
Parisdə gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.
Son xəbərlər
Son Xəbərlər