Fransada 3 milyona yaxın insan pensiya islahatına etiraz etdi

fransada-3-milyona-yaxin-insan-pensiya-islahatina-etiraz-etdi
Oxunma sayı: 788

Fransada pensiya islahatına qarşı kütləvi etiraz aksiyaları keçirilir. 

“Qafqazinfo” “Barron's” jurnalına istinadən xəbər verir ki, yanvarın 31-i ölkə üzrə aksiyalarda təqribən 2,8 milyon insan iştirak edib.

Polisin məlumatına görə, paytaxt Parisdə təşkil olunan aksiyalara 87 minə yaxın insan qoşulub. 

Ölkədə təqaüd yaşının 62-dən 64-ə qaldırılmasına qarşı etirazların davam edəcəyi bildirilir. Belə ki, fevralın 7 və 11-nə yeni aksiyalar planlaşdırılır. Yanvarın 19-u keçirilən aksiyada isə 2 milyon insan iştirak edib. 

Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born yanvarın 10-u Fransanın pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Fransa hökuməti isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.