Fransada 30 “sarı jiletli” saxlanıldı, polis və jurnalist yaralandı

fransada-30-sari-jiletli-saxlanildi-polis-ve-jurnalist-yaralandi
Oxunma sayı: 775

Fransada davam edən “sarı jiletlilər” üsyanı növbəti dəfə toqquşmalara səbəb olub.

“Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, Nant və Lion şəhərlərində polislə etirazçılar arasında qarşıdurma yaşanıb. 18,6 min “sarı jiletli” meydana çıxıb. Onlardan 1,2 mini Parisdə aksiya keçirir. Polis gözyaşardıcı qazdan istifadə edib. 30 nəfər saxlanılıb.

Bir nəfər polis əməkdaşı və jurnalist yaralanıb.