Fransada 300 min ev işıqsız qaldı - Video

fransada-300-min-ev-isiqsiz-qaldi
Oxunma sayı: 1891

Fransanın cənub-şərqində azı 300 min ev elektrik enerjisiz qalıb. “Qafqazinfo”nun “MİR 24” telekanalına istinadən məlumatına görə, buna səbəb əraziyə yağan güclü qar olub.

Belə ki, ağaclar qarın ağırlığına tab gətirməyib və elektrikötürücü xətlərin üstünə aşaraq, onları sıradan çıxarıb. İzer departamentində qırılan ağac avtomobil sürücüsünün həyatına son qoyub.

Qrenobl və Lion arasında hərəkət edən qatar yolda qalıb, bütün sərnişinlər təxliyyə edilib.