Fransada 7,7 mindən çox insan virusa yoluxub

fransada-77-minden-cox-insan-virusa-yoluxub
Oxunma sayı: 1171

Fransada 7,7 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bunu ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon açıqlayıb.

Onun sözlərinə görə, indiyədək 7730 yoluxma halı təsdiqini tapıb, 175 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.