Fransada bina partlayış nəticəsində uçdu - Xeyli sayda yaralı var

fransada-bina-partlayis-neticesinde-ucdu
Oxunma sayı: 2582

Fransanın Marsel şəhərində partlayışdan sonra bina uçub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 33 nəfər xəsarət alıb.

Bildirilib ki, sakinlər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Binanın uçması bitişik binaya da ciddi ziyan vurub.

Marsel şəhərinin meri Benoit Payan jurnalistlərə verdiyi açıqlamada dağıntılar altında can itkisindən narahat olduqlarını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.