Fransada binada partlayış, yaralılar var

fransada-binada-partlayis-yaralilar-var
Oxunma sayı: 699

Fransanın Kibron kommunasında binada qaz partlayışı meydana gəlib.

“Qafqazinfo” “Ouest France” qəzetinə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb. Nəticədə azı 10 nəfər xəsarət alıb. Əraziyə 100-ə yaxın yanğınsöndürən cəlb edilib. İnsanlar yaşayış yerlərindən təxliyə olunub.

Aysel Kərimova