Mayın 11-dən etibarən Fransada xüsusi icazə olmadan insanlar küçədə sərbəst hərəkət edə biləcəklər.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Eduar Filipp parlamentdə çıxışı zamanı bildirib.
“Mayın 11-dən başlayaraq yenidən küçədə sərbəst gəzmək mümkün olacaq. Yaşayış yerindən 100 kilometrdən çox məsafədə səyahətlərə isə yalnız ailəvi və iş ehtiyacları yaranarsa, icazə veriləcək”, - deyə Filipp qeyd edib.
Xatırladaq ki, Fransada koronavirus pandemiyası səbəbindən insanların hərəkətinə martın 17-dən məhdudiyyət qoyulub. Ölkədə bütün kafe, restoran, kinoteatr, muzey, parklar, təhsil müəssisələri bağlanıb. 23,2 min nəfər Covid-19-dan dünyasını dəyişib, 128 mindən çox isə yoluxma faktı aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər