Fransada da kafe və kinoteatrlar bağlanır

fransada-da-kafe-ve-kinoteatrlar-baglanir
Oxunma sayı: 1220

Fransa hökuməti ölkədə koronavirusun yayılması fonunda kafeləri, kinoteatrları və mağazaların böyük qismini bağlamaq qərarına gəlib. “Qafqazinfo” bildirir ki, bunu ölkənin Baş Naziri Eduar Filipp açıqlayıb.

Hökumət başçısı qeyd edib ki, gecəyarısından yeni qəraradək kafelər, restoranlar, kinoteatrlar, diskotekalar, eləcə də qeyri-ərzaq mağazaları bağlanacaq. Onun sözlərinə görə, yalnız apteklər, ərzaq mağazaları, banklar, yanacaqdoldurma məntəqələri və tütün köşkləri açıq olacaq.

Qeyd edək ki, indiyədək Fransada koronavirusa 4499 nəfər yoluxub, 91 nəfər dünyansını dəyişib.