Parisdə naməlum şəxs tərəfindən aralarında qadınlar və uşaqlar olmaqla azı beşə yaxın adam girov götürülüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yəhudilər üçün nəzərdə tutulan mağazada baş verib. Atışma zamanı bir nəfər yaralanıb. Fransa mətbuatı həmin şəxsin Paris qətliamından bir gün sonra qadın polisi öldürən şəxslə eyni adam olduğunu yazıb. “The Guardian”ın yazdığına görə isə mağazada beş nəfəri girov götürən şəxs və “Charlie Hebdo”da terror törədən qardaşlar bir-birilərini tanıyırlar.
Bundan başqa, girovları götürən şəxsin hadisə zamanı polislərə qışqıraraq “siz bilirsiniz mən kiməm” dediyi məlum olub.
Son xəbərlər
Son Xəbərlər