Fransanın cənubundakı Lavandu şəhərində hava şousu zamanı uçan “Fuga Magister” təyyarəsinin Aralıq dənizinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd olunub ki, hadisə zamanı pilot özünü havadan ata bilməyib.
Fransa rəsmiləri bildiriblər ki, onun cəsədi Aralıq dənizindən çıxarılıb:
Fransa rəsmiləri əlavə edib ki, qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün öncə də Fransada iki hərbi təyyarə toqquşub. Hadisə nəticəsində iki pilot həlak olub.
Son xəbərlər
Son Xəbərlər