Fransada “döyüşəcək” qardaşlar

fransada-doyusecek-qardaslar
Oxunma sayı: 1360

Aralarında bir yaş fərqi olan Taulant Caka və Qranit Caka son illərin istedadlı futbolçularından sayılırlar. İsveçrənin “Bazel” klubunun aşağı yaş qruplarında karyerasına başlayan qardaşlardan böyüyü olan Taulant dayaq yarımmüdafiəçisi kimi çıxış edir.

“Qafqazinfo” xəbər verir ki, hələ də Basel klubunda çıxış edən futbolçu yalnız “Qrasshopers”də icarə ilə forma geyinib. Qranit Caka isə hücumameyilli yarımmüdafiəçi (vinger) kimi oynayır. Kiçik qardaş olan Qranit isə bütün Avropanın diqqət mərkəzindədir. Münhenqladbax “Borussiya”sına transfer olunan futbolçunun dəyəri 9 milyon avrodur. Hazırda İngiltərə “Arsenal”ının transfer siyahısında olan Qranitin qiyməti 25 milyon avroya qədər yüksəlib. 

Bu iki qardaş arasında olan ən maraqlı məqam isə ayrı-ayrı milli komandaların formalarını geymələridir. Kosovoda dünyaya gələn qardaşların fərqli yığmalarda oynayırlar.

Bir neçə il öncə də belə bir şey yaşanmışdı. Jerom Boatenq Almaniya millisini seçdiyi halda Kevin-Prins Botaenq vətəninə sadiq qalara Qana yığmasında oynayırdı. Bu səbəbdən qardaşlar arasında mübahisə də düşmüşdü. Kevin qardaşını vətənini seçməməkdə Almaniyada oynamaqda günahlandırmışdı. Amma Caka qardaşlarının bu baxımdan problemi yoxdur.

Taulant Albaniya milli komandasını seçsə də, Qranit İsveçrə yığmasında forma geyinir. Ötən həftə Kosovonun UEFA-ya üzvlüyü qəbul olunduğu üçün indi hər iki qardaşın bu komandaya qayıtmaq məsələsi müzakirə olunur.

İyunun 10-da Fransada başlayacaq Avropa çempionatında isə bu qardaşlar bir-birinə rəqib olacaqlar. Ev sahibi Fransa ilə eyni qrupda yer alan Albaniya və İsveçrə milli komandalarının üzvləri olan qardaşlar meydanda da üz-üzə gələcəklər.