Fransada əczaçılar tətil edəcəklər

fransada-eczacilar-tetil-edecekler
Oxunma sayı: 1120

Fransa əczaçılarının həmkarlar ittifaqı mərkəzləri cümə axşamı bütün ölkə boyu tətil elan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Bildirilib ki, əczaçılar bu yolla “diqqəti dərman qıtlığına yönəltmək, maaşların artırılmasına nail olmaq və dərmanların onlayn satışının yayılması ilə razılaşmaqlarını” ifadə etmək niyyətindədirlər.

Telekanalın məlumatına görə, 20 mindən çox Fransa aptekləri tətildə iştirak edə bilər.

Qeyd edilir ki, Fransada hazırda 5 mindən çox dərman növündə çatışmazlıq var. Əczaçılar bildirir ki, hər beş reseptdən dördünün dərman təminatında problemlər yaranır.