Fransada etirazlar səngimir

fransada-etirazlar-sengimir
Oxunma sayı: 1703

Fransada pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları davam edir.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, aksiyalarda yüz minlərlə insan iştirak edib.

Etirazlar nəticəsində ictimai nəqliyyatın və məktəblərin, eləcə də elektrik, neft və qaz tədarükündə problemlər yaranıb. 

Daxili İşlər Nazirliyinin məlumatına görə, Paris, Nitsa, Marsel, Tuluz, Nant və digər şəhərlərdə 750 000-dən çox insan aksiyalarda iştirak edib.

Yanvarın 31-i keçirilən aksiyada isə təqribən 2,8 milyon insan iştirak edib.

Qeyd edək ki, Baş nazir Elizabet Born yanvarın 10-u ölkənin pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Hökumət isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.