Fransada etirazlar zamanı 240 nəfər saxlanılıb

fransada-etirazlar-zamani-240-nefer-saxlanilib
Oxunma sayı: 734

Fransada polis etiraz aksiyalarının başlamasında bəri 240 nəfəri həbs edib.

Qafqazinfo” “Frans Press”ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, fevralın 4-dən başlayan aksiyalarda 245 nəfər saxlanılıb. Hazırda onlardan 236-ı nəzarət altındadır.

Xatırladaq ki, kütləvi aksiyalara səbəb polisin Teo adlı 22 yaşlı gənci saxlayan zaman dəyənəkdən istifadə edərək döyməsi olub. Həkim çağırmaq əvəzinə polis bölməsinə aparılıb. Vəziyyəti ağırlaşan Teo əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.