Fransada ev yandı - 2 uşaq öldü

fransada-ev-yandi
Oxunma sayı: 918

Fransanın Luar və Şer departamentində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata əsasən, yanğın nəticəsində fərdi ev yanıb. Həmin zaman mənzildə olan 4 və 9 yaşlı qız uşaqları həlak olub. Ana isə huşsuz halda yanğınsöndürənlər tərəfindən xilas edilib. O helikopterlə xəstəxanaya aparılıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.