Fransada yaranmış böhran səbəbilə etiraz edən fermerlər gömrük idarəsini yandırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatında məlumat yayılıb.
Bildirilib ki, Fransada fermerlər inflyasiya səbəbindən gəlirlərinin azalmasına, həmçinin Ukraynadan ölkəyə kənd təsərrüfatı məhsullarının idxalının genişlənməsinə etiraz edirlər.
Hazırda fermerlər yolları traktorlarla bağlayaraq hökumət binaları qarşısında nümayişlər keçirirlər.
Son xəbərlər
Son Xəbərlər