Fransada ilklər - Birinci hissə

fransada-ilkler
Oxunma sayı: 1399

İyunun 10-dan iyulun 10-na qədər Fransada Avropa Çempionatı təşkil olunacaq. “Qafqazinfo” startına 8 gün qalmış qitə birincliyi ilə bağlı maraqlı faktları sizə təqdim edəcək.

İLK DƏFƏ 24 KOMANDA İLƏ

UEFA tərəfindən təşkil olunan milli futbol komandalar arasındakı Avropa Çempionatı dünyanın ikinci ən nüfuzlu futbol turniridir. Təbii ki, futbol turnirlərinin başında yığmalar arasındakı dünya çempionatı gəlir. İyunun 10-da Fransada keçiriləcək Avropa Çempionatı isə digərlərindən fərqlənir. Buna səbəb isə ilk dəfə olaraq bu çempionatda 24 komanda iştirak edəcək. Növbəti dəfə -2020-ci ildə baş tutacaq AÇ-də digərlərindən fərqlənəcək. UEFA-nın 60 illiyi ilə əlaqədar ilk dəfə olaraq çempionatın oyunları qitənin 13 müxtəlif şəhərində olacaq. Bunlardan biri də paytaxt Bakıdır.

İlk Avropa Çempionatı 1960-cı ildə Fransada təşkil olunub.

1996-cı ildən bu turnirdə 16 komandanın iştirak etməsi qərara alınır. Ondan öncə isə AÇ-nin final mərhələsində yalnız 8 komanda çıxış edirdi. Komandaların sayının 24 olması ilə əlaqdar avtomatik olaraq turnirin reqlamentində də bəzi dəyişikliklər olub. Belə ki, bütün qruplarda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə adlayacaq. 1/8 final mərhələsində iştirak edəcək digər 4 komanda isə 6 qrupda ən yaxşı 3-cü yer sahibləri olacaq. 24 komandalı çempionatda biz ilk yeni yığmalar da görəcəyik.

EV SAHİBLİYİ

Fransa AÇ-yə ev sahibliyi etmək üçün 2 namizəd ilə daha çox mübarizə apardı. Bunlarda biri Türkiyə, digər isə İtaliya idi. Nəticədə 43 xal toplayan Fransa istədiyini əldə etdi. Türkiyə 38 xalla 2-ci, İtaliya isə 23 xalla 3-cü oldu.

Nəticədə Fransa və Türkiyə daha bir səsverməyə qatıldılar. Ev sahibliyi ilə bağlı səsvermə hüququna malik UEFA-nın 13 üzvünün 7-si Fransanın, 6-sı isə Türkiyənin leyhinə səs verdi. Nəticədə qitə birincliyi “xoruzlar”a qismət oldu.

FRANSA 3-CÜ DƏFƏ

Fransa bu turnirə 3-cü dəfə ev sahibliyi edəcək. İlk qitə birincliyi 1960-cı ildə bu ölkədə təşkil olunub. Növbəti dəfə isə 1984-cü ildə qitənin ən güclüləri Fransaya toplaşıb. Fransa ilk ölkədir ki. Avropa Çempionatına 3-cü dəfə ev sahibliyi edir. 1984-cü ildə keçirilən qitə çempionatında finalda Fransa doğma meydanda İspaniyanı 2:0 məğlub edərək qalib olur. Bu ikinci və sonuncu dəfə ev sahibinin qalib olduğu çempionatdır. İlk dəfə bu uğura İtaliya 1968-ci ildə nail olub.

LOQO

AÇ-2016-nın loqosu Fransa bayrağının rənglərini ehtiva edir. Bu loqonu Portuqaliyanın “Brandia Central” agentliyi dizayn edib.

SLOQAN

Avropa Çempionatının sloqanı “görüş yeri” kimi tərcümə olunan “Le Rendez-Vous”dur. Bu sloqan AÇ-2016-nın Təşkilat Komitəsinin sədri Jaquez Lambert tərəfindən açıqlanıb.

MASKOT

Qitə çempionatının maskotu “Super Victor”dur. UEFA-nın rəsmi saytı tərəfindən açıqlanan bir neçə maskot arasında 51 min 781 səs toplayan “Super Victor” birinci oldu. Fransa forması geyən uşaq kimi təsvir edilən maskot hamının sevimlisinə çevrildi.