İyunun 10-da Fransada start götürəcək Avropa Çempionatı ilə bağlı “Qafqazinfo” sizə maraqlı faktları təqdim edir:
BİLETLƏR
Fransada keçiriləcək çempionatda daha maraqlı məqam biletlərin UEFA tərəfindən satışa çıxarılmasıdır. Əvvəl bu turnirə qatılan ölkələrin federasiyaları biletlərin satışını təşkil edirdisə, indi qitə futbol qurumu fərqli qərar qəbul edib. Milli komandalar üçün hər matçda stadionun 20 faizi qədər yer ayrılacaq. Qitə çempionatı üçün ümumilikdə 2,5 milyon bilet hazırlanıb. Onun 1 milyonundan çox artıq satılıb.
http://www.uefa.com/uefaeuro/finals/ticketing/index.html - biletlər bu link vasitəsilə əldə oluna bilər.

BİLETLƏRİN QİYMƏTİ
Qrup matçları üçün biletlərin qiyməti 25 – 145 avro arasında dəyişir.

STADİONLAR
Avropa Çempionatının oyunları 10 müxtəlif şəhərdəki stadionlarda keçiriləcək.
“Stad de Frans” – 80 min tutuma malikdir. Sent-Denis şəhərində yerləşən bu arena həm də final görüşünə şahidlik edəcək. 10 iyulda baş tutacaq qarşılaşmanı 80 min azarkeş bu arenadan izləyəcək.
“Velodrom” – 65.5 min tutuma malik olan arena Marsel şəhərində yerləşir.
“Stad des Lyumere” – 58 min tutuma malik stadion Lion şəhərindədir.
“Per Morua” arenası – 50 min 186 azarkeş tutumuna malikdir. Vilnyev Dask şəhərində yerləşir.
“Park de Prens” – 49 min 691 nəfərlik tutuma malik arena Paris şəhərindədir.
“Stad Atlantik” – 42 min, 520 nəfərlik arena Bordo şəhərində inşa edilib.
“Joffrua Qişar” – 35 min 616 nəfərlik arena Sent-Etyen şəhərindədir.
“Alyans Rivera” – 35 min 624 nəfərlik arena Nitsa şəhərində yerləşir.
“Bollar Delelis” – 38 min 223 nəfərlik arena Lans şəhərindədir.
“Municipal Arena” – 33 min nəfərlik tutumu var. Tuluza şəhərindədir.

ÇEMPİONATIN MAHNISI
Avropa Çempionatının mahnısını məşhur DJ David Quetta tərəfindən hazırlanıb. Bu mahnıda Quetta fanatlarını AÇ-2016-nın bir parçası olmağa çağırır. İsveçli müğənni Zara larssonun da yer aldığı mahnı dünyada 1 milyon azarkeşində iştirakı ilə bitdi. Quetta və Larsson bu mahnını Avropa Çempionatının açılışında və bağlanışında “Stad de Frans”da oxuyacaqlar. Həmçinin bütün matçlarda qollardan sonra mahnının azarkeşlər yer aldığı hissəsi stadionlarda səsləndiriləcək. Həmçinin cütlük iyunun 9-da, çempionatının startından bir gün əvvəl Eyfel qülləsinin altında konsert verəcək.
Son xəbərlər
Son Xəbərlər