Fransada iqtidar partiyasının binası “işğal” edildi

fransada-iqtidar-partiyasinin-binasi-isgal-edildi
Oxunma sayı: 1935

Fransada hökumətin islahat planına etiraz məqsədilə tətil və nümayişlər edən Milli Dəmir Yolu İdarəsi (SNCF) əməkdaşları adından bir qrup paytaxt Parisdə aksiya üçün bir araya gəlib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, iqtidar partiyası LREM-in mərkəzinə girən təxminən yüz nəfər islahat layihəsinin geri çəkilməsi və işçilərin hüquqlarının qorunmasıyla bağlı şərtlər irəli sürüblər.

Təxminən 20 dəqiqə davam edən aksiyaya polis təcili müdaxilə edib. Nümayişçilər çölə çıxarılıb və əməliyyat insidentsiz bitib.

Qeyd edək ki, hər həftənin iki günü olmaqla 14 dəfə tətil keçirən dəmir yolu işçiləri aksiyalarına davam edəcəklərini açıqlayıblar. Tətillərin Fransa iqtisadiyyatına gündəlik 20 milyon avroya başa gəldiyi bildirilir.