“Fransada islamofobiya hallarının 80%-i qadınlarla bağlıdır”

fransada-islamofobiya-hallarinin-80-i-qadinlarla-baglidir
Oxunma sayı: 1543

“Fransada islamofobiya hallarının 80%-i qadınlarla, onların geyimləri ilə bağlıdır”.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə dair konfrans çərçivəsində keçirilən “Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqliliklər, müsəlman ümmətində əsas insan hüquqları” mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, Fransada müsəlmanlar öz CV-lərində müsəlman olmadıqlarını qeyd edəndə onların işə qəbul şansı 50%-dən çox olur. Həmçinin bir çox Avropa ölkələrində müsəlmanlar öz əqidələrini CV-lərində göstərmirlər. Bir sıra Avropa ölkələrində müsəlman miqrantlar arasında da ayrıseçkilik halları müşahidə olunur. Onlar daha çox işə qəbulda İtaliya, İspaniyadan olan miqrantlara üstünlük verirlər.