Fransada işsizlərin sayında rekord artım

fransada-issizlerin-sayinda-rekord-artim
Oxunma sayı: 1063

Fransada işsizlərin sayı rekord həddə artıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, mart ayında ölkə ərazisində işsizlərin sayı 243 min nəfər artaraq 3 milyon 489 min nəfərə yüksəlib. Bu barədə Fransanın Əmək Nazirliyi məlumat yayıb. Bu isə 1996-cı ildən sonra rekord göstəricidir.

Bildirilib ki, ötən ilin müvafiq ayında işsizlərin say artımı 99 min nəfər olub.